AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

İnfrastrukturun inkişafı, e-mobillik və bərpa olunan enerjinin saxlanması həlləri" mövzusunda beynəlxalq vebinar keçirilib

3 sentyabr 2026-cı il tarixində Almaniyanın Bərpa Olunan Enerji Akademiyası (RENAC) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə "İnfrastrukturun inkişafı, e-mobillik və bərpa olunan enerjinin saxlanması həlləri" mövzusunda beynəlxalq vebinar keçirilib. Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin (BMWK) "Enerji İxracat Təşəbbüsü" çərçivəsində baş tutan tədbirdə iki ölkənin enerji sektoru üzrə dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.

Vebinarda iştirak edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Muştaqov "Azərbaycanın enerji infrastrukturunun inkişafı və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası" mövzusunda əhatəli təqdimatla çıxış edib. O, çıxışında ölkədə bərpa olunan enerji güclərinin sürətli artımı fonunda milli elektrik şəbəkəsinin modernləşdirilməsi, dayanıqlılığın artırılması və yaşıl enerjinin şəbəkəyə səmərəli inteqrasiyası məsələlərinə diqqət çəkib. Eyni zamanda, Azərbaycanın bərpa olunan enerji potensialının hidrogen istehsalı istiqamətində qiymətləndirilməsi perspektivləri haqqında məlumat verib.

Vebinar çərçivəsində, həmçinin SOCAR Green, Roedl & Partner və Euler Hermes AG nümayəndələrinin çıxışları dinlənilib, Almaniya kiçik və orta sahibkarları (KOB) üçün Azərbaycanda mövcud bazar imkanları, hüquqi çərçivə və layihələrin maliyyələşdirilməsi alətləri müzakirə olunub. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin təşəbbüsü ilə Almaniya Enerji İxracat Təşviqi Təşəbbüsü çərçivəsində 7-10 dekabr 2026-cı il tarixlərində Bakıda “Enerji Ticarət Missiyası”nın keçiriləcəyi qeyd olunmuşdur.

Göstərilən platformalarda paylaş: