AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda vebinar keçiriləcək

Sentyabrın 16-da təşkilatçılığı ilə nazirliyin tabeliyində olan Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) tərəfindən “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar keçiriləcək.
Vebinarda BOEMDA-nın direktoru Təbriz Əmmayev tərəfindən ölkəmizin bərpaolunanenerji potensialı və ondan istifadə imkanları, bərpa olunan enerji növləri və texnologiyaları, onların ətraf mühitə və ekologiyaya təsiri, bərpa olunan enerji stansiyalarının fəaliyyəti, günəşkülək və ya digər bərpa olunan enerji mənbələri üzrə həyata keçiriləcək pilot layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində həyata keçirilən tədbirlər, bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və tənzimlənməsi, qanunvericilik bazasının formalaşdırılması sahəsində aparılan islahatlar, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri və beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər 16 sentyabr tarixində saat 20:00-da Agentliyin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər: https://bit.ly/3tt4Lp2

Göstərilən platformalarda paylaş: