AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika Nazirliyi müsabiqə üzrə müsahibə elan edib

Azərbaycan Respublikasının Energetika Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin Dövlətlərarası əməkdaşlıq sektorunun aparıcı məsləhətçisi, Elektrik və istilik enerjisi şöbəsinin Elektrik enerjisi sektorunun məsləhətçisi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin böyük məsləhətçisi - mətbuat katibi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 14 fevral tarixində müsabiqə üzrə müsahibə elan edib.

Müsabiqənin müsahibə mərhələsində dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan, Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan və dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 14 mart 2024-cü il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surəti.

Müsahibədə iştirak üçün müraciət edən namizədlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizədlər müsabiqə üzrə müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər: https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=537

Göstərilən platformalarda paylaş: