AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Dənizdə külək enerjisi mövzusunda onlayn seminar keçiriləcək

Yanvarın 27-də Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Dənizdə külək enerjisi: Dünya təcrübəsi və Türkiyə perspektivi” mövzusunda onlayn seminar keçiriləcək.

Vebinarda Türkiyə Dəniz Külək Enerjisi Birliyinin sədri Dr. Murat Durak tərəfindən dünyada və Türkiyədə dəniz külək enerjisi potensialı, inkişafı istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Məlumat üçün bildirək ki, Dr. Murat Durak 25 ildən çoxdur quruda və dənizdə külək enerjisi sahəsində çalışır və 2008-ci ildən “Enermet Enerji Meteorologiya Mühəndisliyi” şirkətinin direktorudur.

Onlayn seminarda iştirak etmək istəyənlər 27 yanvar tarixində saat 15:00-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.

https://www.facebook.com/areagovaz

Göstərilən platformalarda paylaş: