Dekabrın 7-də Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçiriləcək.
Vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr. Alper Baba tərəfindən dünyada bərpa olunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Məlumat üçün bildirək ki, Prof. Dr. Alper Baba Dokuz Eylül Universitetində doktorluq dərəcəsi alıb və hazırda İzmir Yüksək Texnologiya İnstitutunun prorektorudur.
Onlayn seminarda iştirak etmək istəyənlər 7 dekabr tarixində saat 15:00-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.
https://www.facebook.com/areagovaz