Beynəlxalq təşkilatlarla əməkdaşlıq

 

            İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi)

 

   

İRENA-nın (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) rəsmi olaraq 2009-cu ilin 26    yanvarında Bonn şəhərində təsis edilmişdir. İRENA beynəlxalq səviyyədə bərpa olunan  enerji sahəsi üzrə ən mötəbər beynəlxalq təşkilatlardan sayılır. Yarandığı dövrdən indiyə      kimi təşkilata artıq 145 dövlət üzv olmuş və 31 dövlət isə üzvlüyə namizəddir.

         Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın üzvlüyünə qəbul edilmiş və 2014-cü il mayın 2-də Milli Məclisin Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olmuşdur.       

 

 

                               

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

       

 

İqtisadi Əməkdaşlıq Təşkilatı İran, PakistanTürkiyə tərəfindən 1985-ci ildə yaradılıb. Təşkilat üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

         20-21 noyabr 2013-cü il tarixdə Bakı şəhərində keçirilmiş altenrativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə Ekspertlər Qrupunun 2-ci iclası keçirilmişdir. İclas zamanı ekpertlər qrupu tərəfindən İƏT Katibliyinin təşəbbüsü qeydə alınmış və Azərbaycan Respublikasının nümayəndə heyətinin ABOEM üzrə texnologiyalar, enerji potensialı, layihələr, standartlar və qaydalar sahəsində məlumat bazasının yaradılması və İƏT üzv ölkələri arasında mübadiləsini təmin etmək məqsədilə İƏT Katibliyi ilə əməkdaşlıqda İƏT-ın direktiv orqanlarının razılığından sonra Bakı şəhərində Məlumat Şəbəkəsinin (MŞ) yaradılmasına dair təklifi qiymətləndirilmişdir. Bundan başqa, İƏT üzv ölkələri təlim və sınaqların təşkilində və həmin ölkələrdə həyata keçirilən layihələr barədə məlumatın yayılmasında Qobustan Eksperimental Poliqonuna yardım edə bilərlər.

              

 

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

        

 

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  4 iyun 1992-ci ildə təsis edilmişdir.

         25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır.

         Üzv ölkələrin koordinasiyası, QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçirilir. Katiblik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsidir. Hazırda Baş Katib vəzifəsi 3 illik müddət üçün (yenidən seçilmək hüququ ilə) nəzərdə tutulur.

Təşkilatın Ali Orqanı — Xarici İşlər Nazirləri Şurasıdır. Şura, təşkilatın əsas qərar qəbul edən orqanıdır. Şuranın iclasları 6 ayda bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təhlili və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçrilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in İclasını keçirir. Şuranın səlahiyyətlərinə:

  • Reqlamentlərin təsdiq edilməsi və dəyişdirilməsi
  • Təşkilati surukturun yaradılması
  • QDİƏT çərçivəsində köməkçi orqanların yaradılması, onlara səlahiyyətlərin verilməsi, onların mandatının dəyişdirilməsi və ya ləğvi
  • Müşahidəçilərin üzvlüyü və statusua münasibətdə qərarların qəbul edilməsi.

Müasir dünya üçün aktual olan ABOEM sahəsi üzrə də QDİƏT-lə ölkəmiz arasında əməkdaşlıq həyata keçirilir. QDİƏT Katibliyinin milli qurumlar arasında əməkdaşlıq şəbəkəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi təmsil olunur .

 

                     

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

       

 

  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilmişdir.

         11 sentyabr 2015-ci il tarixində TDƏŞ-nın Astanada keçirilən 5-ci Sammiti zamanı "Alternativ enerji" üzrə yeni əməkdaşlıq sahəsi təsdiq edilmişdir. Hal -hazırda üzv dövlətlərin müvafiq sahə üzrə işçi qrupları yaradılmaqdadır və 2016-cı ildə  "alternativ enerji" üzrə işçı qrupunun ilk iclasının keçirilməsi nəzərdə tutulur.   

 

 

 

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE)

     

 

 

    BMT-nın iqtisadi qurumlarından biri olan Avropa İqtisadi Komissiyası 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur.

                Bu quruma Avropa ölkələri ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Mərkəzi Asiya respublikaları da daxil olaraq üzv dövlətlərin sayı 56-ya çatmışdır. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

         BMT-nın Avropa Iqtisadi Komissiyası regionu demək olar ki, dünyanın bərpa olunan enerji potensialının yarısını əhatə edir. ABOEM sahəsi də BMT-nın Avropa İqtisadi Təşkilatının əsas fəaliyyət göstərdiyi sahələrdən biridir və Azərbaycan Respublikası da bu təşkilatla fəal əməkdaşlıq edir.

         BMT-nın Avropa İqtisadi Təşkilatının Bərpa Olunan Enerji üzrə İşçi Qrupu 2014-cü ildə fəaliyyətə başlamış və mütəmadi olaraq bu qurumun təşkilatçılığı ilə işçi qrupunun iclasları həyata keçirilir.

         Həmçinin, vurğulamaq vacibdir ki, BMT-nın Avropa İqtisadi Təşkilatının Bərpa Olunan Enerji üzrə Beynəlxalq Konfransı və Ekspert Qrupunun 3-cü Sessiyası 2016-cı ilin ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.