Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Apellyasiya Şurasına müraciət qəbulu

 

Apellyasiya Şurasına  müraciət

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölməsi və ya Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumları, Agentliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Agentliyə həvalə olunmuş hüquqi şəxsləri tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək.

Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Apellyasiya Şurasının e-poçt ünvanı: apellyasiya@area.gov.az