Aparat rəhbəri - Əhmədov İmran Əjdər oğlu

Azərbaycan Respublikasının

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Aparat rəhbəri - Əhmədov İmran Əjdər oğlu

 

 

1957-ci ildə anadan olub.

1983-cü ildə Ç.İldirım adına Azərbaycan Politexnik İnstitutunu Avtomobil nəqliyyatı istismarı üzrə mühəndis ixtisası ilə bitirmişdir.

1983-1984-cü illərdə Dəvəçi Aqrar-İstehsalat Birliyində avtomexanik kimi fəaliyyətə başlamışdır.

1984-1989-cu illərdə Azərbaycan SSR Avtonəqliyyat İstehsalat Birliyinin Kənd Təsərrüfatı Texniki Komitəsində mühəndis,

1989-1990-cı illərdə Azərbaycan SSR Dövlət Tikintisi İdarəsində aparıcı mühəndis,

1990-1998-ci illərdə Azərbaycan Respublikası Təsərrüfathesablı İstehsalat Nəqliyyat Birliyi “Azərkoopnəqliyyat” da şöbə rəisi, baş direktor vəzifələrində çalışmışdır.

1998-2010-cu illərdə “Proqress” Sənaye İstehsalat Şirkətində direktor kimi fəaliyyətini davam etdirmişdir.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır.

2013-cü ildən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin aparat rəhbəri vəzifəsində çalışır.

Ailəlidir. 2 övladı var.