Sədr müavini - Məlikov Cəmil Əhməd oğlu

 

Azərbaycan Respublikasının

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Sədr müavini - Məlikov Cəmil Əhməd oğlu

 

 

1959-cu ildə anadan olub.

1982-ci ildə Kiyev Politexnik İnstitutunu istilik fizikası ixtisası üzrə bitirmişdir.

1982-1991-ci illərdə Kosmik Elmi-Tədqiqatlar İstehsalat Birliyində şöbə müdiri kimi fəaliyyətə başlamışdır.

1991-1999-cu illərdə “MBA” Holdinq Şirkətində idarə heyətinin sədri,

1999-2010-cu illərdə “MBASK” Sığorta Şirkətində idarə heyətinin sədri vəzifəsində işləmişdir.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.

2013-cü ildən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində aparat rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2015-ci il tarixli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 2 övladı var.