Sədr müavini - Yusifbəyli Nurəli Adil oğlu

Azərbaycan Respublikasının

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

                       Sədr müavini - Yusifbəyli Nurəli Adil oğlu

 

1963-cü ildə anadan olub.

1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin  institutu “Elektrik sistemlərinin kibernetikası” ixtisası üzrə bitirmişdir.

1986-1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və  elektrik stansiyanın növbə rəisi,

1989-1993-cü illərdə  “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer,

1993-2001-ci illərdə  “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini,

2001-2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini,

2002-2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi,

2009-2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın “05.14.02 - Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının “Əməkdar mühəndisi”, “Əməkdar elm xadimi” və MDB üzv ölkələrinin “Əməkdar energetiki” Fəxri adlarına layiq görülmüşdür.

Texnika elmləri doktoru, professordur, 6 kitab, 3 Azərbaycan Standartı və 120-dən çox elmi əsərin müəllifidir.

“ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur.

Azərbaycan MEA Energetika üzrə problem Şuranının sədr müavini və beynəlxalq “IEEE” (Institute of  Electrical and Electronics Engineers) Cəmiyyətinin,  "Проблемы энергетики"  və “Applied Mathematics” jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqiat institutları elmi şuralarının  üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, 2003-cü ildən  ATU-nun “İdarəetmə və Avtomatika” kafedarasının professoru və DAK-ın sədridir.

Ailəlidir, iki övladı var.