Sədr - Bədəlov Akim Bədəl oğlu

Azərbaycan Respublikasının

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Sədr - Bədəlov Akim Bədəl oğlu

 

1956-cı ildə anadan olub.

1980-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunu okeanologiya ixtisası üzrə bitirmişdir.

1980-ci ildən Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1988-ci ildən Kirov rayon Komsomol Komitəsinin nəzdində “Kаspi” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

1996-cı ildən “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışmışdır.

2010-cu ildən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində işləmişdir.

2013-cü ilin 1 fevral tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilmişdir.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Ailəlidir. 3 övladı var.