Uşaqlar üçün

Enerjinin izahı

 

Enerji nədir?

Enerji hadisələrin baş verməsini təmin edir. Biz istiliyi hərəkət etdirmək və saxlamaq üçün enerjidən istifadə edirik. Biz enerjidən evlərimizi işıqlandırmaq və səs yaratmaq üçün istifadə edirik. Enerji ehtiyatı enerjini təmin etmək üçün istifadə edilə bilən vasitədir. Su enerji ehtiyatıdır. Sudan hidroturbinlər və ya turbinləri çevirmək üçün istifadə edilə bilər. Külək enerji ehtiyatıdır. Küləkdən yelkənli qayıqları hərəkət etdirmək və külək turbinlərinin işləməsini təmin etmək üçün istifadə edilə bilər.Taxta, torf və kömür enerji ehtiyatlarıdır ki, bundan da isinmək üçün ocaqda istifadə edilə bilər. Neft və qaz enerji ehtiyatlarıdır. Bunlardan evlərimizi və məktəblərimizi isidən mərkəzi isitmə qazanlarında istifadə edilə bilər. Neft və qazdan həmçinin işıqlandırma üçün istifadə edilə bilər. Qida enerji ehtiyatıdır, o bizə gəzmək, qaçmaq, tullanmaq, yemək və qanı bədənimizdə hərəkət etdirmək üçün enerji verir.

 

 

 

Günəş bizim ən böyük enerji ehtiyatımızdır. Bizim bütün enerjimiz günəşdən gəlir. O, üzərimizdə şəfəq saçır və bizi isti saxlayır, o, elektrik enerjisi istehsal edən günəş panellərinin üzərində şəfəq saçır. O, ağacların üzərində şəfəq saçır və ağacların böyüməsini təmin etmək üçün yarpaqlar günəş enerjisindən istifadə edir. Biz odun üçün ağacları kəsirik. Günəş ağaclar və digər bitkilər üzərində milyonlarla il əvvəldən şəfəq saçmışdır. Onlar məhv olmuş və çürüyərək torf, kömür, neft və qaza çevrilmişdir. Günəş insanlar və heyvanlar üçün qida olan məhsullar və otlar üzərində şəfəq saçır. İsti hava yüksəlir, bu da havanın külək formasında hərəkət etməsinə səbəb olur.

 

Bərpa olunan və bərpa olunmayan enerji

 

Bərpa olunan enerji

 

 

Bərpa olunan enerji tükənmədən dəfələrlə istifadə edilə bilər. Məsələn, külək əsir, çaylardakı su axır və günəş hər zaman şəfəq saçır.

 

Külək torpaq və dənizin üzərində əsir, qayıqları, külək dəyirmanlarını və külək turbinlərini hərəkət etdirir. Külək turbinləri elektrik enerjisini yarada bilər.

 

Su dağların üzərinə yağış kimi düşür. Su dağın ətəyi ilə axır, çayları və axınları doldurur. Bu axan su dəyirmanda un üyütmək üçün istifadə edilə bilən hidro turbini çevirə bilər. Çayların üzərindəki su-elektrik stansiyaları elektrik enerjisini yaratmaq üçün turbinləri çevirərək axan sudan alınan enerjidən istifadə edə bilər.

 

Günəş bitkilərin üzərində şəfəq saçır və onların böyüməsini təmin edir. O, bizə evimizdəki işığın və istiliyin bir hissəsini verir. Günəş panelləri günəş enerjisini elektrik enerjisinə çevirmək üçün istifadə edilə bilər. Bərpa olunan enerji tüstü və çirk yaratmır, bu təmiz enerjidir.

 

 

Bərpa olunmayan enerji

 

 

Torf, kömür, qaz və neft bərpa olunmayan enerji ehtiyatlarıdır. Onların formalaşması milyonlarla ilə başa gəlir və onlar tükəndikdə onları əvəz etmək mümkün olmur. Onlar mədən yanacaqları adlanır.

 

Biz enerjini istehsal etmək üçün mədən yanacaqlarından istifadə etdikdə onlar ətraf mühitə tüstü və çirk buraxır. Mədən yanacaqlarından istifadə həmçinin qlobal istiləşməyə səbəb olur.

 

 

Biz enerjidən necə istifadə edirik?

 

 

Biz hamımız çoxlu enerji istifadə edirik. Evdə biz evlərimizi işıqlandırmaq, naharımızı hazırlamaq, paltarlarımızı yumaq, televizor, dvd və oyun mərkəzini işlətmək üçün istifadə edirik. Biz enerjidən suyu isitmək və evlərimizi isti saxlamaq üçün istifadə edirik.

 

 

 

 

 

Məktəbdə biz enerjidən qışda üşüməmək, sinif otaqlarımızı işıqlandırmaq və kompüterləri işlətmək üçün istifadə edirik. Biz həmçinin məktəbə və ya mağazaya avtomobillə gedərkən enerjidən benzin formasında istifadə edirik

 

 

 

Biz enerjiyə necə qənaət edə bilərik?

 

 

Enerjiyə qənaətlə bağlı əsas məsləhətlər

 

 

 

Televizor və ya video cihazını aşağı enerji istifadəsi rejimində saxlamayın, onları enerji təchizi düyməsindən söndürün.

 

 

 

 

 

Su isitmə şkafının içindəki isti su silindrinə izolyasiya korpusu keçirin. Bu isti suyun uzun müddət isti qalmasını təmin edir, bu özümüzü isti saxlamaq üçün qış jaketlərini geyinməyimizə bənzəyir.

 

 

 

 

Təkrar dövriyyəyə qaytarma enerjiyə qənaət edir, belə ki, butulkaları, bankalarını və kağızı saxlayın və onları təkrar istifadə qutusuna atın.

 

 

 

 

 

Hava quru olduqda paltarlarınızı qurutmaq üçün qurutma barabanı əvəzinə günəş və küləkdən istifadə edin.

 

 

 

 

 

Hava işıqlı olduqda işığı keçirin və otaqda heç kəs olmadıqda işığı açıq saxlamayın.

 

 

 

 

 

Vanna əvəzinə duş qəbul edin, bu zaman xeyli az isti su işlənir.

 

 

 

 

 

Sizə soyuqdursa istiliyi açmaq əvəzinə cemper geyinin.

 

 

 

 

 

Bunu etmək təhlükəsizdir, məktəbə piyada və ya velosipedlə gedin və ya avtobusdan istifadə edin.