Gənc tədqiqatçılar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən mükafatlandırılıb.

 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə  Dövlət Agentliyi Bakı Ali Neft Məktəbinin seçilmiş  tədqiqatçı tələbələrini bu sahə üzrə apardıqları tədqiqat işlərinə görə mükafatlandırıb.

     Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov gələcəyin mütəxəssislərini təbrik edərək bərpa olunan  enerji sahəsində apardıqları araşdırmaların təqdirəlayiq olduğunu vurğulayıb. Sonra bu sahədə tələbələri  maraqlandıran suallara cavab verib. Həmçinin  C.Məlikov gənc istedadların gələcəkdə bu sahədə müdafiə  işləri yazmaq istəklərini nəzərə alaraq, onların detallı bilgilərə sahiblənmələri məqsədilə qarşıdakı  günlərdə DA-ya məxsus Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinda Altenativ və Bərpa  olunan enerji üzrə bilik mübadiləsi təliminin (workshop) keçirilməsi planlaşdırılıb.

 Sonda gənc istedadlara  Dövlət Agentliyi adından mükafatlar təqdim olunub.