Dövlət Agentliyinin də təşkilatçılığı ilə konfrans keçirilib.

 Aprelin 22-də  "ADA" Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar "Enerji, bərpa olunan  mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilib.

      ABOEMDA-nın, “ADA” Universitetinin, “AmCham”ın, Amerika Məzunlarının Avropa Şəbəkəsi  Assosiasiyasının və ABŞ Təhsilli Azərbaycan Məzunlarının (AAA) birgə təşkilatçılığı ilə keçirilən  konfransda Azərbaycanın enerji sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, Avropanın 15  ölkəsindən və ABŞ-dan Amerika təhsil proqramlarının 20 məzunu iştirak edib.

      Konfransda  Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov ABOEM sahəsində Azərbaycanda    həyata keçirilən dövlət proqramlarından və reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən, gələcək  perspektivlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır. A.Bədəlov çıxışı zamanı bu sahənin inkişafında maarifləndirmə işlərinin önəmini də xüsusi qeyd etdi.

Sonra konfrans öz işini müxtəlif sessiyalarla davam etdirib.