Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində AMİU tələbələri ilə görüş keçirildi.

Dövlət Agentliyində Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, Rusiya Dövlət Memarlıq və Tikinti Akademiyasının üzvü, akademik Fəqan Əliyevin təşəbbüsü ilə həmin universitetin Memarlıq fakültəsinin III kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Dövlət Agentliyinin sədri cənab Akim Bədəlov tələbələrə Azərbaycanda alternativ enerji resursları, bərpa olunan enerji mənbələrinin inkişaf dinamikası, gələcək enerji layihələrinin perspektivləri haqqında ətraflı məlumat verib və universitetin tələbə və müəllim heyətinin bu layihələrdə iştirakının vacibliyini vurğulayıb. Əlavə olaraq, tələbə və müəllim heyətinin ABOEM üzrə layihələrdə iştirakını təmin etmək məqsədilə “1 ev – 1 elektrostansiya” layihəsi çərçivəsində müsabiqələrin təşkil edilməsi haqqında tələbələrlə fikir mübadiləsi aparılmışdır.