Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi qanvermə aksiyası keçirdi.

 Dövlət Agentliyi  Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə  yaralanan  əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etmək məqsədilə qanvermə  aksiyası keçirdi.

       Aksiyada dövlət agentliyinin əməkdaşları kütləvi şəkildə ruh yüksəkliyi ilə iştirak edərək, qana  ehtiyacı olan insanların köməyinə çatmağın  vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

       Mərkəzi Qan Bankının peşəkar həkimlərinin tibbi dəstəyi ilə təşkil olunmuş kampaniya zamanı  Dövlət Agentliyinin ümumilikdə altmışdan çox əməkdaşı qan verib.