Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirdi

        Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sağlamlıq imkanları məhdud uşaqların müalicəsi və aztəminatlı ailələrə yardım məqsədilə xeyriyyə aksiyası keçirib.  Aksiya çərçivəsində 20 nəfər sağlamlıq imkanları məhdud uşaqların müalicəsi məqsədilə onlara maddi yardımlar və  10 ailə üçün bayram bazarlıqları edilib. Dövlət Agentliyinin əməkdaşları Bakıətrafı kənd və qəsəbələrdə yaşayan həmin ailələrə baş çəkərək onların bayramlarını təbrik ediblər.  

           Novruz tarixən birlik, bərabərlik bayramı olduğu üçün, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu aksiyası da sağlamlıq imkanları məhdud uşaqlara sevincli anlar yaşatmaq, aztəminatlı ailələrə yardım etməklə onların bayram əhval ruhiyyəsini yüksəltməyə  xidmət edirdi. Aksiya özlüyündə həm də cəmiyyətin maarifləndirilməsi prosesində iştirak etməkdə mühüm addım idi.