Daxili müsahibənin elan edilməsi haqqında

    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun  29.3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan  Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə  Dövlət Agentliyinin inzibati vəzifələrinin 5-ci təsnifatı üzrə  İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin baş  məsləhətçisi və Alternativ və bərpa olunan enerji mənbələri və ətraf  mühitin qiymətləndirilməsi şöbəsinin böyük məsləhətçisi vəzifələrinin  tutulması məqsədilə Dövlət Agentliyində 5-ci təsnifatdan olan inzibati  vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun  ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan  daxili müsahibə elan edilir.

     Daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 10 gün ərzində tələb olunan sənədləri Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.

 

Tələb olunan sənədlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş);
  • ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş);
  • əmək kitabçasının surəti;
  • sağlamlıq haqqında arayış;
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6).

 

Ətraflı məlumat üçün əlaqə telefonu:  (012) 498-75-37