Dövlət Agentliyində Apellyasiya Şurasının ilk iclası keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan  Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya  Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq dövlət agentliyində    yaradılan Apellyasiya Şurasının 11 mart 2016-cı il tarixində  ilk iclası keçirilmişdir.  İclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunmuş,  Apellyasiya Şurasının yaradılmasından sonra ABOEMDA-nın müvafiq əmrləri ilə  "Dövlət Agentliyinin Apellyasiya Şurası haqqında" Əsasnamə, həmçinin Şuranın və onun  Katibliyinin tərkibi təsdiq edilmişdir.

      İclasda həm də Şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılması  məqsədilə operativliyin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri  müzakirə olunmuşdur. Həmçinin, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apellyasiya Şurasında baxılacaq şikayətlərin təsnifləşdirilməsi meyarlarının müəyyən olunması, Şuranın Katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada müraciət edə bilməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınmışdır.