Dövlət Agentliyi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) ilə birgə layihə həyata keçirmişdir.

Alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə, respublikamızın  alternativ enerji potensialı, enerjiyə qənaət, enerji effektivliyi barəsində şagirdlərin  məlumatlandırılması məqsədi ilə Bakı şəhəri Nizami rayonunda yerləşən 10  nömrəli tam orta məktəbdə geniş tədbir həyata keçirilmişdir.

     Tədbirdə dövlət Agentliyinin nümayəndələri və JİCA-nın Azərbaycan üzrə    proqram koordinatoru Nigar İsmayılova tərəfindən Dövlət Agentliyinin və Yaponiya  Beynəlxalq Əməkdaşlıq Agentliyinin fəaliyyəti, həmçinin həyata keçirilmiş  müştərək layihənin məqsədi barədə ətraflı məlumat verilmiş, bərpa olunan energetika, xüsusən də günəş energetikasının təbliği məqsədi ilə hazırlanmış çap və promo məhsulları şagirdlərə təqdim edilmişdir.

Tədbir 2015-ci ildə JİCA tərəfindən Azərbaycanda sosial və iqtisadi inkişafa dəstək məqsədi ilə Yaponiyada təlimlərdə iştirak etmiş məzunlar üçün elan edilən "Kiçik Qrant Layihələri" müsabiqəsi əsasında həyata keçirilmişdir. Müsabiqədə Dövlət Agentliyin Texniki tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Cahid Mikayılovun hazırladığı “Günəş enerjisindən istifadə və enerjiyə qənaət sahəsində təbliğat və məlumatlandırma” adlı layihə qalib gəlmişdir.