Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Elektroenergetika və Elektrotexnika Sənayesi işçiləri Həmkarlar İttifaqı yaradıldı.

7 Mart 2016-cı il tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Elektroenergetika və Elektrotexnika  Sənayesi işçiləri Həmkarlar İttifaqının ilk təşkilatının yaradılması məqsədilə təsis konfransı keçirildi. Konfransda Elektroenergetika və Elektrotexnika  Sənayesi işçiləri Həmkarlar İttifaqı  Respublika  Komitəsinin sədri Rafik İldarov və Dövlət Agentliyinin sədri Akim Bədəlov iştirak edirdi.  

Akim Bədəlov çıxışı zamanı hər bir üzvü təbrik edib, əməkdaşların sosial məsələlərinin həllinə 1993-cü il fevralın 5-də Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyanın  dəstək olacağına əminliyini bildirdi. Sonra  Rafiq İldarov çıxış edərək Həmkarlar İttifaqı Konfederasiyasının yaranması tarixi, İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq kimi əsas prinsipləri vurğuladı.

Öz işinə təşkilat komitəsinin yaradılmasıyla başlayan konfrans  açıq səsvermə yolu ilə sədr, müavin və komitə üzvlərini seçdi.