Xocalı soyqırımının 24-cü ildönümü Dövlət Agentliyində də qeyd olundu

 Bu gün Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Alternativ və Bərpa  Olunan Enerji Mənbələri üzrə  Dövlət Agentliyində anım tədbiri keçirildi.Tədbir Xocalı  soyqırımını əks etdirən video çarxın nümayişi ilə başlandı. Sonra Xocalı soyqırımı  qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin  ruhu bir dəqiqəlik sükutla yad edildi.

       Tədbiri giriş sözü ilə Dövlət Agentliyinin sədri Akim Bədəlov açdı. 24 il əvvəl bu  tarixdə Ermənistan şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı baş verən  Xocalı qətliamı və onun  dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırım kimi  tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətdən danışdı. Daha sonra çıxış edən  agentliyin digər nümayəndələri də Xocalı soyqırımı haqqında geniş bəhs etdilər.