Azərbaycan-İndoneziya energetika forumu keçirilib

 Forumun keçirilməsində əsas məqsəd iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Əməkdaşlıq istiqamətləri, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində fəaliyyət və digər məsələlər tədbirin əsas müzakirə mövzuları olmuşdur.

     Tədbirdə həmçinin, SOCAR, “Azərenerji”  və “Azərişıq” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təqdimatları keçirilib.