Daxili müsahibənin elan edilməsi haqqında

  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin inzibati vəzifənin 5-ci təsnifatı üzrə Hüquq və beynəlxalq əlaqələr şöbəsinin böyük məsləhətçisi, Alternativ və bərpa olunan enerji mənbələri və ətraf mühitin qiymətləndirilməsi şöbəsinin böyük məsləhətçisi (2 ştat) və Ümumi işlər üzrə sektorun aparıcı məsləhətçisi vəzifələrinin tutulması məqsədilə Dövlət Agentliyində 5-ci təsnifatdan olan inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibə elan edilir.

      Daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 10 gün ərzində tələb olunan sənədləri Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.

 

Tələb olunan sənədlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş);
  • ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş);
  • əmək kitabçasının surəti;
  • sağlamlıq haqqında arayış;
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6).

 

Ətraflı məlumat üçün əlaqə telefonu:  (012) 498-75-37