İRENA-nın 6-cı Assambleyası: Alternativ enerji mənbələrinin inkişaf perspektivləri

 

16-21 yanvar 2016-ci il tarixlərində BƏƏ-nin Əbu Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Assambleyasının 6-cı iclası, Ümumdünya Gələcəyin Enerjisi Sammiti iclası və Alternativ və Bərpa Ounan Enerji Mənbələrinə dair Beynəlxalq Sərgi keçirilir. 150-dən çox dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri və hökumət rəsmilərinin iştirak etdiyi iclaslarda və sərgidə Azərbaycan Respublikasını müvafiq olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov və işçi qrupu təmsil edirlər.

      Xatırladaq ki,  Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın tamhüquqlu üzvü seçilmişdir.