ABOEMDA məhsulları (CTE-2015) sərgisində nümayiş olunacaq

  18-20 Noyabr 2015-ci il tarixdə,  Bakı Ekspo Mərkəzində -”Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” sərgisi  ( CTE-2015) keçiriləcək.

      Əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, təbii resursların səmərəli istifadəsi sahəsində yaradılan ən son məhsullar, bərk tullantiların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq.

      İsveçrə, Çexiya və Rusiya şirkətləri ilə yanaşı, Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyinin də məhsul və layihələri sərgilənəcək.

      Dövlət Agentliyinin stendində- Azərbaycan Alternativ və bərpa olunan enerji mənbələrindən istfadə tarixi, Perspektiv layihələr, 2020-ci ilədək ABOEM üzrə inkişaf xəritəsi, havaya atılan istixana qazlarının azalma dinamikasını göstərən qrafik, həyata keçirilən və reallaşmaqda olan layihələrin video çarxları nümayiş olunacaq.