“Energetiklər günü” münasibətilə konfrans keçirilib

  "Energetiklər günü" münasibətilə 20 oktyabr 2015-ci il tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi(ABOEMDA) tərəfindən "Alternativ enerji və enerji səmərəliliyi sahəsində investisiya imkanları və sahibkarlığın inkişafı" mövzusunda konfrans  keçirilib.

          Konfransın keçirilməsində məqsəd alternativ enerji və enerji səmərəliliyi sahəsində kredit resurslarının cəlb olunması və onların effektiv istifadə mexanizmlərini müəyyən etməkdir.

          Tədbiri ABOEMDA-nin sədri Akim Bədəlov salamlama nitqi ilə açaraq ölkəmizdə ABOEM sahəsi üzrə görülən işlər barəsində məlumat verərək, bu sahənin daim ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.

          Həmçinin, C. Məlikov  "Alternativ enerji və enerji səmərəliliyi sahəsində investisiya imkanları" mövzusunda çıxış edərək konfrans iştirakçılarına Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, bu sahə üzrə qanunvericilik bazası, həyata keçirilən stimullaşdırıcı tədbirlər və layihələr barəsində məlumat verilib.

         Bununla yanaşı, tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının, "Unibank" ASC-nin,  "Muganbank" ASC-nin nümayəndələri təqdimatla, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların nümayəndələri çıxış edərək müvafiq sahə ilə bağlı fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.