Dövlət Agentliyinin əməkdaşları fəxri adlara layiq görüldü

          20 oktyabr Energetiklərin Peşə bayramı münasibətilə Dövlət Agentliyinin kollektivi  Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin  məzarını ziyarət ediblər.

          Daha sonra  Agentliyin sədri Akim Bədəlov kollektiv ilə görüş keçirərək Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş “Azalternativeneji” MMC-nin əməkdaşlarını təbrik edib:

  • Vəliyev Rizvan Şamı oğlu, “Azalternativenerji” MMC-nin sədri
  • Əsgərov Nizami Hüseyn oğlu “Azalternativenerji” MMC-nin Texniki şöbəsinin müdiri
  • Hüseynov Vüsal Musa oğlu, Qobustan Eksperimental Poliqonunun böyük dispetçeri

          Həmçinin, uğurlu fəaliyyəti ilə seçilən Dövlət Agentliyinin bir qrup əməkdaşına Agentliyin rəhbərliyi tərəfindən “Fəxri Fərman” lar təqdim edilib.

          Qeyd edək ki, Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərancamı ilə 20 oktyabr  Energetiklərin peşə bayramı günü kimi qeyd edilir.