5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi keçirilir

 İyunun 2-də  Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” və 5-ci “Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgilərinin açılış mərasimi baş tutmuşdur.

          Müvafiq sahə üzrə regionun irimiqyaslı tədbiri kimi tanınan bu sərgidə Dövlət Agentliyi də öz sərgi pavilyonu ilə təmsil olunur. ABOEM sahəsi üzrə əldə olunan elmi, təcrübi nailiyyətlərin, həyata keçirilmiş və perspektiv layihələrin də əks olunduğu Dövlət Agentliyinin stendi tədbir iştirakçılarının və seyrcilərin xüsusi marağına səbəb olmuşdur. Sərgi stendində, həmçinin, ABOEM üzrə fəaliyyət göstərən və Dövlət Agentliyi tərəfindən inşa olunmuş obyektlərin və dispetçer idarəetmə mərkəzinin real video görüntüsü nümayiş olunur.  

           Xatırladaq ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin də rəsmi dəstək olduğu 5-ci “Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə həyata keçirilir və 5 iyun 2015-ci il tarixinədək davam edəcəkdir.