Daxili müsahibənin elan edilməsi haqqında

E L A N

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin inzibati vəzifənin 5-ci təsnifatı üzrə Ümumi işlər üzrə sektorunun sektor müdiri vəzifəsinin tutulması məqsədilə Dövlət Agentliyində 5-ci təsnifatdan olan inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibə elan edilir.

 

Daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 10 gün ərzində tələb olunan sənədləri Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.

 

Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 493 15 26.