Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə Vakansiya Elanı

E L A N

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə aşağıdakı istiqamətlər üzrə şöbə müdiri vəzifəsinin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, 10 ilədək dövlət qulluğu stajı    olan yüksək ixtisaslı, təcrübəli mütəxəssislər tələb olunur.

 

  1. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə şöbəsi
  2. Layihələrin idarə olunması şöbəsi
  3. Enerji siyasəti və enerji effektivliyi şöbəsi
  4. Texniki tənzimləmə şöbəsi
  5. İnvestisiyalar və strateji inkişaf şöbəsi
  6. Maliyyə və mühasibat şöbəsi
  7. İqtisadiyyat şöbəsi
  8. Lisenziya və nəzarət şöbəsi
  9. Hüquq və beynəlxalq əlaqələr şöbəsi
  10. Dövlət qulluğu və kadrlar şöbəsi

 

5 ilədək rəhbər vəzifə üzrə işləmiş 40 yaşadək ingilis və rus dillərini yüksək səviyyədə bilən namizədlərə üstünlük verilir.

 

Müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən  30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidir:

–         Kadrlar uçotunun şəxsi vərəqəsi;

–         Diplomun surəti;

–         Şəxsiyyət vəsiqəsinin surəti.

Tələb olunan sənədləri info@area.gov.az e-mail ünvanına göndərə bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 493 15 26.