ABOEMDA sədrinə təşəkkür məktubu göndərilmişdir

 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Norveç Təbiəti Mühafizə Cəmiyyəti  “Enerji və Resuslardan İstifadə Üzrə Beynəlxalq Məktəbli Proqramı” -SPARE çərçivəsində Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə əməkdaşlığı davam edir.

Qax şəhəri 2 nömrəli orta məktəb-liseydə bu günlərdə “Enerjidən səmərəli istifadə edək” devizi altında keçirilən beynəxalq müsabiqə qaliblərinin  mükafatlandırılması mərasimində Dövlət Agentliyinin şöbə müdirinin müavini, texnika elmləri namizədi Ramiz Kəlbiyev  məktəblilərə və layihə qrupunun rəhbərinə Dövlət Agentliyi adından qiymətli hədiyyələr təqdim etmişdir.

      Bu tədbirin təşkilinə verdiyi layiqli dəstəyə görə AGİ rəhbəri Ağacan Əhmədov Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlova təşəkkür məktubu göndərmişdir.

Qeyd edək ki, festivalda Bakı, Sumqayıt şəhərlərinin, Qax rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinin enerjiyə qənaət və enerjidən səmərəli istifadə sahəsində irəli sürdükləri təşəbbüslər, hazırladıqları maketlər də nümayiş etdirilmişdir.

SPACE layihəsi ölkəmizdə 1996-cı ildən həyata keçirilir. Hazırda 17 ölkə bu Proqramın iştirakçısıdır