Tələbə və müəllimlər Qobustanda

Qafqaz Universitetinin  tələbə və müəllimlərindən ibarət 17 nəfərlik qrupun Sumqayıtdakı “Azgüntex” zavoduna və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə tanışlıq səfəri olmuşdur.

    Agentliyin Baş məsləhətçisi, professor Rasim Əliyev Mərkəz haqqında qonaqlara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

Universitet magistrlərindən bir neçəsinin diplom və kurs işi günəş, külək, su, bioqaz və digər tükənməyən enerji mənbələrindən elektrik enerjisi alınmasına həsr olunmuşdur.