Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib.

     28 noyabr tarixində  Bakıda “Four Seasons” hotelində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib.

     Seminarda Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, ABEMDA-nın sədr müavini Cəmil Məlikov və İRENA-nın Baş proqram icraçısı Prasson Aqarval və Ölkə Tərərfdaşlığı üzrə direktoru Gurbuz Gonul eləcədə Dövlət qurumlarının nümayyəndləri iştirak ediblər.

     Baş tutan seminarın məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin şərtləri, mövcud çətinlikləri və imkanları müzakirə etmək eləcədə bərpa olunan enerji sahəsində maraqlı tərəfləri bir araya gətirməkdir. 

     Tədbiri giriş sözü ilə açaraq Energetika Nazirliynin Aparat rəhbəri cənab Zaur Məmmədov və ABEMDA-nın sədr müavini cənab Cəmil Məlikov çıxış ediblər.

     ABOEMDA-nın sədr müavini Cəmil Məlikov ABOEMDA-nın fəaliyyət proqramının birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi olduğunu bildirib. Məhz bu səbəbdən də, ABOEMDA-nın strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə qədər 420 MVT qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

   Daha sonra  bərpa olunan enerjinin sosial-iqtisadi faydalarından danışan İRENA-nın Baş proqram icraçısı Prasson Aqarval bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə təqdimatla çıxış edib.

    “Siyasət, Strateji və İnstitusional”, “Siyasi Dəstək Mexanizmləri”, o cümlədən “Maliyyələşdirmə və Risklərin Azaldılaması” məsələləri üzrə Asiya İnkişaf Bankı (AİB), Avropa yeniden Qurma və İnkişaf bankı (AYİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) nümayyəndələri tərərfindən davam edən müzakirələrin keyfiyyətini artırmaq və ekspertlərin tövsiyələrini səmərəli şəkildə dinləmək məqsədilə hər bir mövzu və istiqamətlər üzrə panellərə ayrılaraq seminar öz işini davam etdirib.