“Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” üzrə layihəsinin icrasına başlanıldı.

Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC tərərfindən “Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” üzrə layihəsinin icrasına başlanılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə  üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı “Azalternativenerji” MMC olub.  Bu səbəbdən 28 noyabr 2019-cu il tarixində Bakıda “Fairmont Hotel” dəAzalternativenerji MMC” tərərfindən yeni layihənin ilkin seminarı keçirilib. Seminarda Energetika nazirinin müavini cənab Samir Vəliyev və ABEMDA-nın sədr müavini cənab Cəmil Məlikov çıxış ediblər.

Eləcədə tədbirdə nazirliklərin və digər dövlət və beynəlxalq təşkilatların  nümayyəndləri iştirakı nəzərdə tutulub.

Seminarda qazlaşdırılmamış kəndlərin enerji təminatı barədə zəruri məlumatlar verilib  və “Alternativ enerji təchizatı variantları” üzrə icra planları və qrafikləri  müzakirə olunub. Bundan başqa enerji  sahəsində beynəlxalq nüfuza malik Almanyanın “88K” şirkətinin maye qaz sistemlərinin tətbiqi təcrübəsi üzrə təqdimatları baş tutub. Təqdimatlarda şirkətin həll yolları və tədbiqləri üzrə təcrübəsi nümayiş olunub.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin məqsədinin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyatı qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.