Dövlət Agentliyində cari ilin yekunları ilə bağlı növbəti kollegiya iclası baş tutdu

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində ilin yekunlarına dair kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, Dövlət Agentliyi tərəfindən görülən  işlərin hesabatı ilə yanaşı gələcək layihələrlə bağlı müzakirə aparılıb.

Dövlət Agentliyinin tabeliyindəki Azalternativenerji MMC-nin sədri  cənab Aqşin Bəkirzadə tərəfindən 2018-ci il ərzində ABOEM üzrə stansiyalarda aparılmış təftiş işləri haqqında  geniş məlumat verilmiş və qeyd edilmişdir ki, cari ildə stansiyalarda ümumi elektrik enerji istehsalında 8% çox artım müşahidə olunmuşdur.

İclasın sonunda  Dövlət Agentliyinin sədri, iclas iştirakçılarını  və əməkdaşları  Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edərək,   kollegiyanı bağlı elan edib.