Bakıda "AgTech and Green Energy” Beynəlxalq Forumu keçirilib

10-11 dekabr 2018 ci il tarixlərində Bakıda Kənd Təsərüfatı Energetika Nazirliklərinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə "AgTech and Green Energy” (Aqrar Texnologiyalar və Yaşıl Enerji)  Beynəlxalq Forumu keçirilib. Beynəlxalq forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır. Eyni zamanda əldə olunan nəliyyətlər üzrə sərgi təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini təmsil edən DA-nın sədr müavini cənab Cəmil Məlikov “Bərpa Olunan Enerjinin inkişafı üçün strateji yol xəritəsi prioritetləri və Dövlət Agentliyinin bioenerji konsepsiyası” üzrə çıxış edib.  Konsepsiyada əsas müdəalardan olan Strateji Yol xəritəsi əsasında 420 MVt-lıq  Bərpa Olunan Enerji layihələri üzrə subsidiyaların və qaz qənaətlərinin müqayisəli təhlili və 2019-2040-cı illərin dinamikasını əhatə etmişdir. Eləcədə Azərbaycan hökumətinin 2030-cu ilə qədər Paris İqlim Konvensiyasında könüllü öhdəliklərinin həyata keçirilməsi karbon emissiyasını 1990-cı il səviyyəsidən 35 faiz azaldılması ABOEM layihələri hesabına həyata keçirilə bilməsi iştirakçıların diqqətnə çatdırılıb.

Tədbirdə müxtəlif dövlət qurumları, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edirlər.