Ulu Önədər Heydər Əliyevin xatirəsi anıldı

12 dekabr 2018 ci il tarixində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Agentliyinin kollektiv, qonaq qismində  UNEC profesoru millət vəkili  Xanhüseyn Kazımlı və  DİA –nin tarix kafedrasının müdirəsi tarix elmləri doktoru professor Həvva Məmmədova iştirak ediblər.

 Dövlət Agentliyinin sədri cənab Akim Bədəlov Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə tədbiri açıq elan etdi. Daha sonra  çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edib. Qeyd etdi ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşması bütün həyatını xalqının tərəqqisinə həsr edən Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsində mümkün olub, məhz ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb.

Daha sonra Tədbirdə çıxış edən millət vəkili Xanhüseyn Kazımlı və Professor Həvva Məmmədova bildirdilər ki, Ümummilli Liderin müdrikliyi və apardığı uzaqgörən siyasət sayəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtularaq sabitlik, inkişaf dövrünə qədəm qoydu. Hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.

Tədbir öz işini digər iştirakçılarla birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə davam edib.