“Azalternativenerji” MMC-nin və FHN əməkdaşları ilə birgə yanğından mühafizə təlimi keçirilib

5 dekarb 2018 ci il tarixində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC-nin və FHN əməkdaşları ilə birgə yanğından mühafizə təlimi keçirilib. Təlim “Azgüntex” MMC ərazisində baş tutub.

 Təlimdə enerji obyektlərində yanğın və alışmaların birgə söndürülməsi üçün köpüklə söndürmə qurğularının ekstremal vəziyyətlərdə taktiki-texniki imkanlarından maksimum istifadə qaydaları öyrənilib. Şərti yanğınları söndürməklə şəxsi heyətin fiziki səviyyəsi nümayiş etdirilib, döyüş, peşə, və psixoloji hazırlığının artırılması istiqamətində müvafiq işlər görülüb. Təlimdə qarşıya qoyulmuş məqsədə tam nail olunub.