ABOEMDA 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi  14-16 noyabr, 2018-ci il tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin dəstəyi, və “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə  9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib və 2010-2017 ci illər ərzində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr haqqında sərgi iştirakçılarına ətraflı məlumat verilmişdir.