Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 16-cı iclası kecirilib

 13-15 noyabr 2018-ci il tarixində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 16-cı iclası kecirilib. Toplantıda 110 ölkədən 350-dən çox hökumət nümayəndələri, 15 nazir və yüksək səlahiyyətli şəxslər iştirak ediblər. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli təmsil edib.  Tədbirin məqsədi qlobal enerji transformasiyasını sürətləndirmək və bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirmək üçün Beynəxalq Agentliyin üzv ölkələrə ən yaxşı şəkildə dəstək verə bilməsini müzakirə etməkdir. Həmçinin iclasda İRENA-nın 2018-2019-cu ilədək iş proqramı və büdcəsinin icrasında irəliləyişin əldə olunması, İRENA Assambleyasının 2019-cu ilin yanvar ayında keçirilməsinə hazırlıqların müzakirəsi və yeni Baş direktorun seçilməsi ilə bağlı tövsiyələri verilib.

Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) 2009-cu ildən rəsmi fəaliyyətə başlayıb və 2011-ci ildə beynəlxalq status alıb. Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın üzvlüyünə qəbul edilmiş və Milli Məclisin 02.05.2014 tarixli qanunu ilə bu təşkilatın tamhüquqlu üzvü olmuşdur.