İndoneziya Respublikasının Parlament heyyəti “Pirallahı” Günəş Elektrik Stansiyasına səfər edib

 

Sentyabrın  22-də İndoneziya Respublikasının Parlament  heyyəti başda spiker müavini cənab Aqus Hermanto ilə “Pirallahı” Günəş Elektrik Stansiyasına səfər edib.  

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini cənab Cəmil Məlikov  qonaqları “Pirallahı” Günəş Elektrik Stansiyasının fəaliyyəti ilə tanış etməklə yanaşı,  parlament heyyətini “Samux Aqoenerji Kompleksi”, “Qobustan Hibrit Eelektrik” Stansiyası  və “Pirallahı Dəniz Külək Parkı” layihələrinin lokal enerji təminatı haqqında məlumatlandırıb.

Bu tipli layihələrin  çox sayda adaları olan İndoneziyada lokal enerji təminatının tətbiqindən söz açan cənab Aqus Hermanto, DA-nın nümayəndə heyyətini İndoneziyaya işgüzar görüşə dəvət edib.