Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

E L A N    E D İ R:

 

Daxili müsahibədə 4-cü və 5-ci təsnifatlardan olan inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Daxili müsahibəyə çıxarılacaq vakant dövlət qulluğu vəzifələri:

 

  1. Struktur bölmə: Alternativ və bərpa olunan enerji mənbələri və ətraf mühitin qiymətləndirilməsi şöbəsi

       Vakant vəzifə: şöbə müdirinin müavini

       İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

 

  1. Struktur bölmə: Texniki tənzimləmə şöbəsi

       Vakant vəzifə: şöbə müdiri

       İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

 

  1. Struktur bölmə: Texniki tənzimləmə şöbəsi

       Vakant vəzifə: şöbə müdirinin müavini

       İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

 

  1. Struktur bölmə: Ümumi işlər üzrə sektor

       Vakant vəzifə: sektor müdiri

       İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 2018-ci ilin 12 sentyabr tarixindən 26 sentyabr tarixinədək tələb olunan sənədləri Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.     

 

Tələb olunan sənədlər:   

 

  • ərizə
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə);
  • əmək kitabçasının surəti;
  • bir ədəd ağ fonlu rəngli fotoşəkil (ölçüsü 4x6).

 

 

Ətraflı məlumat üçün əlaqə telefonu:  (012) 498-75-37