ABEMDA maarifləndirmə işlərini davam etdirir

Ötən gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri    üzrə Dövlət Agentliyi  və “Engineering for Kids”  Azərbaycan şirkətinin təşkilati dəstəyi ilə uşaqlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində  uşaqların“Azgüntex” günəş panelləri zavoduna növbəti səfərini realizə etmək mümkün olub.

Ekskursiyada 7-14 yaş arası uşaq və yeniyetmələr iştirak edib. Azgüntex” MMC-nin mütəxəsssisləri təməli  cənab prezident İlham Əliyev tərəfindən qoyulan Günəş Modulları Zavodunun 2012-ci ildən etibarən günəş panelləri istehsal etməsi haqqında geniş informasiya verib. 

Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış  zavodun  30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malik olması ilə yanaşı, avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü və  möhkəmliyi ilə bağlı məlumatlandırılan uşaqlar keçirilən ekskursiyanı maraqla qarşılayıblar.

Daha sonra Dövlət Agentliyinin ekspertləri isə  alternativ enerji və bərpa olunan enerji və onun insan həyatındakı rolundan danışaraq, uşaqları ölkədə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələri olan 1 ev-1 elektrostansiya” prinsipi çərçivəsində ABOEM texnologiyaları tətbiq etməklə yaşayış və qeyri-yaşayış binalarının enerji təminatı, günəş, külək, geotermal və bioenerjihesabına hibrid tipli stansiyaları prinsipi çərçivəsində şəhər və rayonlarda yerli enerji mənbələri hesabına enerji təminatının formalaşdırılması və ölkə miqyasında sənaye tipli elektrik stansiyalarının və onların idarəetmə mexanizmlərinin strukturu  haqqında xəritə üzərində izahlı bilgi ilə təmin ediblər.