ABOEMDA və “Caspian European Club” enerji sahəsində əməkdaşlığı gücləndirir

Ötən gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyi “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev başda olmaqla nümayəndə heyətini qəbul edib.

Görüşdə Dövlət Agentliyinin və “Caspian European Club”un fəaliyyət istiqamətləri, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatın bütün sahələrinə tətbiqi, bu məqsədlə həyata keçirilən layihələr, görülən işlərdə şəffaflığın təmin olunması və digər məsələlər müzakirə edilib.

Sonda alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi və bu sahədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə işçi qrupunun yaradılması barədə tərəflər arasında razılıq əldə olunub.