25-ci Beynəlxalq Xəzər Neft, Qaz və Alternativ Enerji Sərgisi baş tutdu

29 may - 1 iyun 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Beynəlxalq Xəzər Neft, Qaz və Alternativ Enerji Sərgisi keçirilib.

Sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyitərəfindən enerji resurslarının potensialı və bu hesaba Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində  müəyyən olunduğu kimi  ənənəvi istehsalın mərhələli şəkildə bərpaolunan və yeni təkrar emal növlərinə çevrilməsi, enerji asılılığının aradan qaldırılması və ekoloji mühitin qorunması kimi bir sıra önəmli hədəflərə nail olunması  üçün həyata keçirilən layihələrin  siyahısı təqdim edilib.

Ölkədə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələri olan 1 ev-1 elektrostansiya” prinsipi çərçivəsində ABOEM texnologiyaları tətbiq etməklə yaşayış və qeyri-yaşayış binalarının enerji təminatı, günəş, külək, geotermal və bioenerjihesabına hibrid tipli stansiyaları prinsipi çərçivəsində şəhər və rayonlarda yerli enerji mənbələri hesabına enerji təminatının formalaşdırılması və ölkə miqyasında sənaye tipli elektrik stansiyalarının və onların idarəetmə mexanizmlərinin strukturu  xəritə üzərində  sərgi iştirakçılarının nəzərinə çatdırılıb.

Samux Aqroenerji Yaşayış Kompleksinin 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqon olması və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqinin xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yarada bilməsi potensialı hər kəs tərəfindən maraqla qarşılanıb. 

Dövlət Agentliyi tərəfindən Azərbaycanın gənc xanım  Reyhan Camalovaya məxsus “Yağış sularından enerji alaq” çağırışı əsasında “Azgüntex”MMC-də  yığılmış qurğunun modeli də sərgidə nümayiş olunub.

Qeyd edək ki, sərgidə DA tərəfindən  ən son texnoloji avadanlıqlar və yaşıl enerji  sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni, səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq, mövcud əlaqələri genişləndirmək kimi imkanlar əldə etmək mümkün olub.