Daxili müsahibənin elan edilməsi haqqında

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan

Enerji Mənbələri üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu

vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

 

E L A N    E D İ R:

 

   

Daxili müsahibədə 4-cü təsnifatdan olan inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Daxili müsahibəyə çıxarılacaq vakant dövlət qulluğu vəzifələri:

 

1. Struktur bölmə: İnvestisiyalar və layihələrin idarə olunması şöbəsi

    Vakant vəzifə: şöbə müdiri

    İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

 

2. Struktur bölmə: İqtisadiyyat və dövlət proqramları şöbəsi

    Vakant vəzifə: şöbə müdiri

    İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

 

Daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 18.04.2018-ci il tarixdən 01.05.2018-ci il tarixinədək tələb olunan sənədləri Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.

 

Tələb olunan sənədlər:

 

  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə);
  • əmək kitabçasının surəti;
  • bir ədəd ağ fonlu rəngli fotoşəkil (ölçüsü 4x6).

 

 

Ətraflı məlumat üçün əlaqə telefonu:  (012) 498-75-37