Dövlət Agentliyinin mütəxəssisləri Skautlara alternativ enerji mənbələrindən istifadə yolları haqqında təlim keçdilər

22-24 sentyabr 2017-ci il  tarixlərində ABOEM üzrə Dövlət Agentliyinin (AREA) mütəxəsisləri tərəfindən “Skautların avarçəkmə düşərgəsi” ndə bir sıra təlimlər keçirildi. Düşərgə Azərbaycan Skautlar Assosiyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Mingəçevir şəhər Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbinin ərazisində təşkil olunmuşdu. Təlimdə Bakı ilə yanaşı respublikanın digər regionlarından qatılan 100-ə yaxın skauta  Dövlət Agentliyi barədə və Agentliyin xətti ilə respublikamızda alternativ və bərpa olunan enerji sənayesinin inkişafı sahəsində görülən işlər, həmçinin “Azgüntex MMC”-də istehsal olunan günəş panelləri, panellərin texniki göstəriciləri və illik istehsal gücündən danışıldı. Müxtəlif enerji qurğuları gənclərin- məktəblilərin gözləri önündə əyani olaraq işə salındı və hansı şəraitdə və nə məqsədlə istifadə edilə biləcəyi ətraflı izah edildi.     

          Gənclərimizdə yenilənə bilən enerji barədə daha yaxşı təəssürat yaratmaq məqsədilə əraziyə müxtəlif elementlər, günəş panelləri, ölçü müşahidə stansiyaları, günəş panelləri ilə işləyən LED lampalar, enerji təchizat blokları və s aparılmışdı. Qurğular tələbələrin iştirakı ilə quraşdırıldı və təcrübi bilik və bacarıqlar öyrədildi.

Təlimlər düşərgə iştirakçıları tərəfindən maraqla qarşılandı.