ABOEM üzrə Dövlət Agentliyi enerji yürüşü təşkil etdi

26 avqust 2017-ci il tarixində  ABOEM uzrə  DA-nin və Həmkarlar İttifaqının təşkilatçılığı ilə regionların inkişafına alternativ enerji ilə töhvə vermək məqsədilə  media nümayəndlərinin və DA əməkdaşlarından ibarət 50 nəfərlik nümayəndə heyəti ilə Qobustan rayonuna  ekspedisiya yürüşü təşkil edilib.

Qobustan Eksperimental Poliqonu və təlim-tədris mərkəzindən başlayaraq Qobustan rayonunun ən yüksək zirvəsi adlanan Xilə dağına qədər  8 km məsafəni əhatə edən yürüşdə  jurnalistlər həm müəyyən olunmuş marşrut üzrə hərəkət edərək ətraf əraziləri, coğrafi landşaftı müşahidə edərək qeydlər etmiş, həm də  alternativ enerji qaynaqları haqqında ABOEMDA-nin əməkdaşlarından ibarət olan ekspedisiya qrupu üzvləri ilə təbii göllərin, çayların və digər təbii resursların gələcəkdə məqsədyönlü istifadəsi üzrə araşdırmalar aparmış, o cümlədən, sözügedən ərazidə müasir infrastrukturun yaradılması və sosial yönümlü layihələrin həyata keçirilməsi potensialı haqqında fikir mübadiləsi aparmışlar. KİV nümayəndələri və DA-nın əməkdaşları təxminən 1200 m hündürlükdə yerləşən dağın zirvəsinə qalxaraq günəş enerjisi ilə işıqlanan gecə fənərini və Dövlət Agentliyinin (DA) bayrağını sancıblar.

Qobustan rayonu ərazilərini əhatə edən yürüşün son dayanacaq nöqtəsi Xilmilli kəndi oldu.  KİV nümayəndələri orada cari yarımillikdə DA-nin ölkəmizdə yenilənə bilən enerji potensialının artırılması  istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barəsində agentlik sədrinin müavini Cəmil Məlikovun təqdimatında hesabatı dinlədilər.

Sonda sədr müavini bərpa olunan enerji sahəsində jurnalistlərin suallarını cavablandırıb, bundan sonra da qarşılıqlı şəffaf çalışmalarımızın davam etdirilməsindən məmnunluq duydugunu bildirdi.