Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Pirallahı GES-ə səfər edib

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Pirallahı rayonunda yenicə istifadəyə verilən Pirallahı GES-ə səfər edib. Səfiri ABOEM üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli müşayiət etmişdir.

Səfir Sanjay Rana öncə Pirallahı GES-in inzibati binası ilə tanış olmuş,  ərazidə quraşdırılmış günəş panelləri, 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi ilə tanış olmuşdur. Səfər zamanı cənab Səfirin diqqətinə çatdırılmışdır ki, ümumi layihə gücü 12/8 MVt olan Pirallahı GES layihəsinin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təmin etməkdir.

Görüşdə, həmçinin, ABOEMDA sədrinin müavini Azərbaycanla Hindistan arasında yenilənə bilən enerji sahəsindəki əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.Burada olmaqdan məmnunluq duyduğunu bildirən səfir Sancay Rana da öz növbəsində Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında fikir mübadiləsi aparmışdır.